Sahibkarlara şad XƏBƏR: Tikintiyə icazə sənədlərinin verilməsi prosesi sadələşdi - VİDEO
Tikintiyə başlanmasına və onun istismarına icazə verilməsi qaydaları indi daha asan olacaq.BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, bu, dövlət başçısının imzaladığı fərmanda öz əksini tapıb.
Fərman tikinti obyektinin inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi proseslərini əhatə edir.
Tikinti sektorunda fəaliyyət göstərən iş adamları üçün yeni imkanlar yaradan yeniliklərdən ən əsası icazə proseslərinin bir pəncərə sistemi ilə verilməsidir.
İqtisadçı alim Vüqar Bayramov bildirir ki, yeniliklər bu sahədə fəaliyyət göstərənlərin işini xeyli asanlaşdıracaq.
Yeniliklərdən biri bu icazələrin verilməsinin tam şəffaflaşdırılmasıdır.
Digər bir yenilik binanın istismarına icazə verilməsi üçün müraciətə baxılması müddətinin 20 gündən 10 günə endirilməsidir.
Qeyd edək ki, yeni qaydalar tikinti obyektinin inşasına və istismarına icazənin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyinin verdiyi hallara şamil edilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BAKU.WSOxşar xəbərlər
FHN və Baş Prokurorluq qanunsuz tikintilərə qarşı ciddi mübarizəyə başlayıb
Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, Bak...