Birinci vitse-prezident "Neft Daşları"nın 70 illiyi münasibətilə neftçiləri təbrik edib

07
noy
2019
09:34
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində ölkə neftçilərini təbrik edib.BAKU.WS xəbər verir ki, Mehriban Əliyevanın paylaşımında aşağıdakılar qeyd olunub:“Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”
Qalereya
Oxşar xəbərlər
Dövlət başçısı neftçiləri təbrik edib
Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu ünvanlayıb. BAKU.WS-in məlumatına görə, təbrik mətnində dey...
