Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - FOTO - YENİLƏNİB
Foto
Sosial 39

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbrahim Vəliyevin meyitinin qalıqları İmişli rayonunda dəfn edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, onun nəşi İmişli rayonu Şəhidlər xiyabanında torpağa tapşılıb.

***13:41

Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbrahim Vəliyevin nəşi İmişli rayonuna gətirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi İmişli rayonunun Muradxanlı kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İbrahim Ələşrəf oğlu Vəliyev 1924-cü il iyunun 1-də anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Alxanlı və Qaraxanlı kəndləri istiqamətində itkin düşüb.

İ.Vəliyev İmişli rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər