Birbank tətbiqində çata ünvanlanan müraciətlərin 70%-i süni intellektlə cavablandırılır
2025-ci ilədək Birbank çatına ünvanlanan müştəri sorğularının emalı 40%-dən 70%-ə yüksəlib. Bu artım müştərilərin məmnuniyyət nəticələrinin də 75%-ə yüksəlməsinə səbəb olub.
BAKU.WS xəbər verir ki, bunu bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, "Yeni nəsil "AI-agent" əsaslı çat həlləri vasitəsilə müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə bilirlər - kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq operator müdaxiləsi olmadan həyata keçirilir:
"Rəqəmsallaşma trendini daxili əməliyyatlarımızda da tətbiq edirik. Nümunə olaraq desəm robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə 2025-ci ildə 8 departamentimiz üzrə 46 biznes prosesini avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə qənaət etmək imkanı yaradıb"", - deyə sədr vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Azərbaycan 2026-cı ilin iyun ayında Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Ə...