Bir sıra avtobusların hərəkət intervalında gecikmələr var - SİYAHI - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Bakıda bir sıra müntəzəm marşrutlar üzrə avtobusların hərəkət intervallarında gecikmə var.
Bu barədə BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, hazırda paytaxtın Akademik Həsən Əliyev küçəsinin Novruzov qardaşları küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsinin kəsişməsinə qədər müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 61, 83, 6, 13 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət intervallarında 18-20 dəqiqə gecikmə müşahidə olunur.
Ümumilikdə həmin ərazidə 14 ədədə yaxın avtobusun sıxlıqda qaldığı müşahidə edilir, məlumatda deyilir.
***09:58
Bu gün səhər pik saatlarda paytaxtın Moskva prospektində Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər əsas və kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunduğundan həmin ərazidən keçən 2, 7A, 13, 18, 14, 37, 65, 67, 83, 92, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Vahid Dispetçer Xidmətinin məlumatına əsasən qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 15-20 avtobus 18-22 dəqiqə gecikmə ilə hərəkət edirlər.
A.Puşkin küçəsi Muğan bağının qarşısından, Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməyə qədər də müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 1, 4, 5, 46, 125 və 175 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası hərəkət intervallarında 15-16 dəqiqə gecikmə müşahidə olunur. 13-15 ədəd avtobus sıxlıqda qalıb.
Qalereya
Oxşar xəbərlər
Paytaxt yollarında tıxacla bağlı son vəziyyət - SIYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb. BAKU.WS mərkə...