Bir milyarddan çox iPhone istifadəçisinə MÜRACİƏT - Təcili bunu edin

Amerikanın "Apple" korporasiyası bir milyarddan çox istifadəçini iPhone-larını təcili yeniləməyə çağırıb.
BAKU.WS xəbər verir ki, bu məsələyə "The Daily Mail" nəşri diqqət çəkib.
Şirkət iOS sisteminə daxil olan Safari brauzerinin mühərriki WebKit-də CVE-2025-24201 adlı təhlükəsizlik boşluğunun aşkar edildiyini bildirib. Mütəxəssislərin sözlərinə görə, bu boşluq hakerlərə iPhone və iPad sahiblərinə hücum etməyə imkan yaradır. Çünki sistemdəki bu çatışmazlıq virusların brauzerin izolyasiya olunmuş mühitindən kənara çıxmasına səbəb olur.
Tabloid jurnalistlərinin məlumatına əsasən, təxminən 1,4 milyard aktiv iPhone istifadəçisinin cihazlarını təcili yeniləməsi tələb olunur. Bu səbəbdən "Apple" boşluğu aradan qaldıran iOS 18.3.2 təhlükəsizlik yaması təqdim edib.
Şirkət bildirib ki, problem 2018-ci ildə buraxılmış iPhone Xs və ondan sonrakı modellər daxil olmaqla, bütün aktual iPhone cihazlarına təsir göstərir. "Apple" istifadəçilərin yeniləməni mütləq quraşdırmalı olduğunu vurğulayıb. Bununla belə, hakerlərin bu boşluqdan istifadə edib-etmədiyi və bu səbəbdən zərərçəkənlərin olub-olmadığı barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı" yalnız o...
