Bir həftədə Bakıda 219 piyada cərimələnib
22
avq
2018
14:32
Ötən həftə Bakı şəhərində təyin olunmayan yerlərdən yolu keçən 219 piyada aşkarlanıb.BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib.V.Əsədov bildirib ki, Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib.Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillərlə vurulması yol-nəqliyyat hadisələrində çoxluq təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur:"Bunun qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi əməkdaşlarının sayı artırılıb və nəzarət gücləndirilib".BAKU.WS
Oxşar xəbərlər
Bakıda 108 sərxoş sürücü aşkarlanıb
Ötən həftə Bakı şəhərində yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi əməkdaşları tərəfindən xidmət aparılan zaman 108 sərxoş sürücü aşkarlanıb...