Bir çanta sənədi əvəzləyən “myGov” – Bəs

İndi bir çoxları fikirləşəcək ki, xeyli sayda sənəd-sünədi bir tətbiq necə əvəz edə bilər? Sizi əmin edirəm ki, bəli, bu, mümkündür. Bir çoxları Elektron Hökumətin İnkişafı Mərkəzinin layihəsi olan “myGov” portalı və tətbiqindən sözün əsl mənasında faydalanır, vaxtına, enerjisinə xeyli qənaət edir.
Əvvəlcə ondan başlayaq ki, “myGov” portalı və tətbiqindəki şəxsi kabinetinizə “ASAN Login” vasitəsilə daxil ola bilərsiniz. Bunun üçün bir neçə qeydiyyatdan keçmək variantınız var.

“ASAN Login” elektron xidmətlərinə vahid giriş qapısı rolunu oynayır. Məhz bu yolla bütün dövlət elektron xidmətlərinə daxil olmaq imkanı yaranır.
“myGov” əslində hər bir vətəndaş üçün rəqəmsal portfel rolunu oynayır. Vətəndaşlar hər hansı dövlət qurumu və ya özəl şirkətlərlə əməkdaşlıq edərkən xeyli sayda sənədləşmə proseduru keçir. Bu sənədləri normal halda hər bir şəxs öz çantasında gəzdirməli olur ki, lazım olan məqamda onu qarşı tərəfə təqdim edə bilsin. Lakin “myGov”da qeydiyyatı olan vətəndaşlar artıq bir çanta sənəd gəzdirmək yükündən azad olurlar. Çünki onlara lazım olan və istifadə edəcəyi bir çox sənədləri məhz bu tətbiq vasitəsilə qarşı tərəfə təqdim etmək, çap etmək və başqa müxtəlif istifadə imkanları əldə edirlər.
Vətəndaşlara vacib olan sənədlər siyahısına şəxsiyyət vəsiqəsi, xarici pasport, çıxarışlar, diplomlar, kovid pasportları və digər sənədləri misal göstərmək olar. Bu qədər sənəd toplusunu bir yerdə cəm etmək və üstəlik bunun dövlət qurumunun nəzdindəki tətbiqdən istifadə etmək hər bir “myGov” istifadəçisinə əlavə üstünlüklər verir. Yəni adı çəkilən tətbiq bir növ rəqəmsal portfel rolunu oyanır ki, hər bir vətəndaş özü ilə bu sənədləri gəzdirmək məcburiyyətində qalmasın. Bu məsələdə vətəndaşların sənədləri itirmək təhlükəsi də sıfıra endirilmiş olur. Normal halda sənədləri itirdiyimiz təqdirdə onların yenidən hazırlanması uzun müddət çəkə və müəyyən problemlər yaranmış ola bilər. Lakin “myGov” istifadəçilərinin nə sənədlərini itirmək, nə də onları gəzdirmək qorxusu və çətinliyi olmur.

“myGov” şəxsi kabinetində istənilən şəxs özünə dair bütün məlumatları tapa bilər. Bura aiddir: ailə tərkibi, cərimələr, COVID-19 pasportları, daşınmaz əmlak, diplomlar, doğum haqqında şəhadətnamə, etibarnamələr, iş yeri, mobil nömrələr və başqa məlumatlar. Şəxsi kabinetdə görəcəyiniz məlumatlar sizin özünüzü daha yaxından tanımağa, barənizdəki yanlış məlumatların olub-olmamasını, eyni zamanda bunları “əks əlaqə” funksiyası vasitəsilə düzəltməyə imkan verir.

Eyni zamanda vətəndaşların “ASAN finans” vasitəsilə məlumatları sorğulanıbsa, bunu hər bir şəxs “myGov”da görə bilir. Bunun üçün “sorğulanmış məlumatlar” bölməsinə daxil olmaqla hansı bankın və nə vaxt sizi sorğuladığını müəyyənləşdirə bilərsiniz. Əgər hansısa bank sizin razılığınız olmadan bu məlumatları sorğulayıbsa, məhkəməyə də üz tuta bilərsiniz.
“myGov” kabinetindən istifadə edən vətəndaşlar aldıqları və ya verdikləri etibarnamələrin, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportları və digər sənədlərinin bitmə tarixi barədə bildirişlər bölməsində funskiya aktiv etməklə vaxtında xəbərdar ola bilərlər. Bundan başqa vətəndaşlar inzibati cərimə, Kabel TV, kommunal, rabitə ödənişlərini də kabinetdən müvafiq qurumlara keçid etməklə rahat şəkildə edə bilərlər.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
