Bir ayağını itirən qazimizin ad günündə toyu oldu - FOTO

Daha bir vətən müharibəsi qazisi ailə həyatı qurub.
BAKU.WS xəbər verir ki, II Qarabağ müharibəsində bir ayağını itirən Bəkir Əsgərovun toyu olub.
Toyda qazinin yaxınları, ailə üzvləri, o cümlədən bir çox tanınmışlar iştirak ediblər. Onlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşım da ediblər.
Qazimizin şad günündə lentə alınan görüntüləri sosial şəbəkə hesablarında yayımlayıblar.
Qeyd edək ki, Bəkir Əsgərov 1995-ci il fevralın 20-də Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb. O, II Qarabağ müharibəsi başlayan gündən ön cəbhədə olub. Ərazini minalardan təmizləyərək döyüş yoldaşlarının irəli getməsinə şərait yaradan Bəkir Talış kəndi istiqamətində bir neçə postun alınmasında fəal iştirak edib.
Hətta minaya düşərək sol ayağını itirməsinə baxmayaraq, yaralı halda əraziləri minadan təmizləməkdə davam edib.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
