Bir ailənin üç üzvü koronavirusdan ölüb

Bir ailənin üç üzvü koronavirusdan ölüb
Sosial 297

Biləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.

Müalicə alan ailənin üzvlərindən - Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcov Badam Mehdi qızı (1939-cu il) vəfat edib.

Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər