Bir ailənin Novruz bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günlərdə evlərdə süfrələr bayram ab-havalı bəzədilir, üzərinə cürbəcür naz-nemətlər düzülür, hər kəs toplaşıb ailəlikcə bayramı qeyd edir. Bəs bu bayram süfrələri minimum neçə manata başa gəlir?
BAKU.WS xəbər verir ki, bayram qabağı bazarlarda diri toyuğun biri 6-7-10 manata, hind quşunun kilosu isə 14-15 manata satılır. Şabalıdın kilosu 9-12, kişmiş 6-12, alça turşusu isə 5-6 manatadır.
Novruz süfrəsinin bəzəyi həm də cürbəcür quru meyvələr və ləbləbilərdir. Bunların qiyməti isə məhsulun növünə görə dəyişir.
Xüsusilə, bayramda təlabat çox olduğu üçün meyvə və tərəvəzin qiyməti ilə də maraqlandıq. Xiyarın kilosu 3-3,50 qəpik, pomidor 2-2,50, bibərin isə 5 ədədi 1 manata satılır.
Səmənilərin qiyməti böyüklüyünə və formasına görə fərqlidir. Ən iri səməni 5-10 manata, ən kiçiyi isə 1-2 manata satılır.
Bazarda kənd yumurtası 25 qəpiyə, digərlərinin qiyməti isə 13-16 qəpik arası dəyişir.Ekspertlər hesab edir ki,bayramdan sonra qiymətlərdə 10-15 faiz enmə müşahidə ediləcək.
Oxşar xəbərlər
Ən ucuz məhsullar harada satılır? - Kənd yumurtası 25 qəpik
Həftəsonu yarmarkasında məhsul bolluğu yaşanır. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yarmarkada qiymətlər də müxtəlifdir. Paytaxtın 3 nöqtəsində fəali...