“BioNTech” və “Pfizer” vaksinindən əldə olunacaq gəlir açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın dərman nəhəngi “Pfizer” Almaniyanın “BioNTech” firması ilə birlikdə istehsal etdikləri koronavirus vaksinindən 15 milyard dollarlıq dövriyyə gözlədiklərini açıqlayıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, “Pfizer” bu barədə 2020-ci ilin son rübü ilə bağlı hesabatında məlumat verib.
Şirkət rəhbərləri bildiriblər ki, 2021-ci ildə təkcə koronavirus vaksini satışlarından dövriyyəni 25-30 faiz artırmağı hədəfləyirlər. Bununla da firmaya əlavə olaraq 15 milyard dollar gəlir gələcək.
Bundan başqa, vurğulanıb ki, pandemiya səbəbindən dünya əczaçılıq tarixinin ən böyük peyvənd satışı və gəliri əldə ediləcək. Bununla illik maliyyə dövriyyəsi 60 milyard dollara çatacaq.
Oxşar xəbərlər
Norveçdə koronavirusdan peyvənd edilmiş şəxslər ölüblər
Norveçdə COVID-19 əleyhinə peyvənd olunmuş iki şəxs vəfat edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dərman Vasitələri Agentliyi bildiri...