Binəqədidə yeni təmir olunan bağça niyə istifadəyə verilmir?
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 328 saylı uşaq bağçası bir müddət əvvəl yüksək səviyyədə təmir olunub.
Amma buna baxmayaraq, uşaq bağçası hələ də istifadə olunmur və bu da sakinlərin narazılığına səbəb olub.
Sakinlər bildirirlər ki, təmirin bir aydır bitməsinə baxmayaraq, bağça hələ də fəaliyyətə başlamayıb.
"Ərazisi çox qəşəngdir. Bir aydır təmiri bitib. Amma hələ açılmayıb. Uşaqları başqa yerlərdə olan bağçalara aparırıq. Çox gözəl, səliqəli tikiblər. Şəraiti də gözəldir", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən qeyd olundu ki, 328 nömrəli uşaq bağçasında tikinti və təmir-bərpa işləri yekunlaşıb. Hazırda son tamamlama işləri aparılır və bağçanın qısa müddət ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...