Binəqədi sakinlərini ölümə aparan yollar
26
fev
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunda sakinlər yolların bərbad olmasından narazıdırlar.
Bu barədə rayon sakinləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mətbuat küçəsi (Binəqədi Olimpiya Kompleksin yanı) 10 gündən çoxdur yol qazılıb.
Qazıntı işləri aparılsa da, yol təmir olunmayıb və işlər yarımçıq qalıb. Nəticədə bütün günü qəsəbədə tıxac yaranıb. Bundan başqa, ərazidə tez-tez qəzalar baş verir.
Məsələ ilə əlaqədar lazımı qurumlara dəfələrlə bildirilsə də, əlac edən tapılmır.
Oxşar xəbərlər
Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq
Oğuz rayonunun Top və Zərrab kəndlərinin yolları uzun müddətdir təmir olunmadığından yararsız vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə report-un Şimal...