Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: "220 manat verdim, 120-si yoxdur!"
Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121C ünvanında yaşayan vətəndaş deyir ki, liftin təmiri üçün ondan 220 manat pul tələb olunub. O da digər sakinlər kimi tələb olunan məbləği verib.
Baku TV-nin məlumatına görə, bir müddət sonra komendant işdən çıxarılıb.
Elə olanlar da bundan sonra baş verib.
"Məndən lift üçün tələb olunan 220 manat ödənilsə də, yeni gələn komendant uçot kitabçasında bunun cəmi 100 manatının qeyd edildiyini bildirdi. 120 manatın harada olduğu bəlli deyil. Keçmiş komendantla dəfələrlə əlaqə saxlamışıq. Hər dəfə müxtəlif bəhanələr gətirərək məbləği geri qaytaracağını desə də, hazırda zənglərə cavab vermir", - deyə şikayətçi Faiq Məmmədov bildirib.
F.Məmmədov mövcud problemlə yalnız onun yox, binanın digər sakinlərinin də qarşılaşdıqlarını vurğulayıb.
Oxşar xəbərlər
İtə qarşı zorakılıq edən şəxslə bağlı şok iddia
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Yeni Həyat yaşayış massivində itə qarşı zorakılıq göstərilməsi ilə bağlı bəzi detallar məlum olub. Baku TV xəbər verir...