Binanın damında əylənərək şüşə qabları aşağı atan qızlar cəzalanacaq?
02
sen
2025
08:45
4 xanım binanın damında əylənir. Daha sonra şüşə qabları yuxarıdan aşağı atır. Binanın aşağısında isə azyaşlı uşaq var.
BAKU.WS xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Ərazidə yaşayan sakinlər deyirlər ki, bu, ilk belə hadisə deyil. Tez-tez bu cür halların yaşanması səbəbindən binanın qarşısından keçməyə belə ehtiyat edirlər.
Məslə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, hadisə araşdırlır.
Qeyd edək ki, sakinlər həmin şəxslərin yeniyetmə olduğunu bildirdilər.
Oxşar xəbərlər
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətinin Bişkekə səfəri çərçivəsində Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçi...