Binaların damındakı su çənlərinin götürülməsi gözləntiləri doğrultdu?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir zamanlar su təchizatı tam təmin olunmadığı üçün bina sakinləri çənlərdən istifadə edirdilər.
Lakin son illərdə fasiləsiz su ilə təminatın yaxşılaşdırılması səbəbindən bu çənlərin binaların damlarından yığışdırılması prosesinə start verilib.
Bəs bu qərar nə dərəcədə səmərəli olub?
Paytaxt sakinləri bu barədə fərqli fikirlər səsləndiriblər.
"Çənlər şəhərin görkəminə ziyan vururdu, ətrafın estetik görünüşünə mane olurdu", - deyə bir sakin bildirib. Digər bir sakin isə əks mövqedən çıxış edib: "İndiki vəziyyətdə bu addım özünü doğrultmadı. Hələ də su problemi olan binalar var və insanlar çox çətinlik çəkirlər".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər...