Biləcəridə yeni yol nişanı ilə bağlı narazılığa AYNA-dan RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Biləcəri qəsəbəsində yol nişanı ilə bağlı sakinlərin etirazına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) münasibət bildirib.
Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ərazidə yol hərəkətinin təşkili ilə bağlı yenilik edilməyib:
"Yəni ərazidəki ("4.1.2" Sağa hərəkət) yol nişanı əvvəldən mövcud olub, tərəfimizdən sadəcə yol nişanlanma xətləri yenilənib. Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində vətəndaşların müraciəti ilə bağlı müvafiq təhlillər aparılacaq. Yəhya Hüseynov küçəsindən, Biləcəri qəsəbəsindən yol ötürücüsünün altı istiqamətində düzünə hərəkətin təşkili, yol kəsişməsinin işıqforla tənzimlənməsi aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra mümkün ola bilər",- deyə AYNA-dan bildirilib.
Qeyd edək ki, yerli sakinlər yeni yol nişanının onlara böyük problem yaratdığını vurğulamışdı.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...