Biləcəridə "ölüm körpüsü" bağlanacaq? – Qəzaların qarşısı belə alına bilər

Biləcəridə ölüm körpüsü bağlanacaq? – Qəzaların qarşısı belə alına bilər
Foto Açıqlama
Sosial 1060

"Bu problem əslində kompleks həllər tələb edir. Əvvəla onu deyim ki, buna Bakının yarım dairəvi yolunun tikilməməsi fəsadı kimi də baxa bilərik. Digər məsələ tikinti materiallarının dəmir yolu ilə daşınmasının təşkili ilə bağlıdır. Yəni tikinti materialı xarab olmursa, onun avtomobil yolları ilə daşınması mümkün qədər qısa məsafəyə olmalıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, vacib olan təhlükəsizlik məsələsidir: "Yəni bu yüklər hansı formada yüklənilir, təhlükəsizlik qaydalarına əməl olunurmu? Bu məsələlərə diqqət ayrılmalıdır və yükdaşımaya dair tələblərin yenilənməsi və sərtləşməsinə ehtiyac var. Hər hansı bir daşınmada SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) qaydaları ola bilər. Yəni yükün doğru yüklənilməməsi sürətli hərəkət edən zaman döngələrdə onun aşma riskini artırır və həmin qəzada da bu faktor özünü göstərib.

Biləcəridə

Digər tərəfdən şəhər daxilində yük daşımaları zamanla nizamlanmasıdır. Qəza baş verən ərazi şəhərin daxili, yoxsa kənarı sayılır? Çünki dairəvi bir yolundan Lökbatan dairəsi - Biləcəri istiqamətində gəlir. Yolun davamı olaraq Sumqayıt şossesinə çıxır. Yəni Bakının nişanı məhz ordan başlayır. Şəhər oradan bitir və ordan da başlayır. Ona görə, dairəvi yolun tamamlanması ilə yanaşı tikinti materiallarının dəmir yolu ilə daşınması yönündə ciddi işlər görülməlidir. 50 km radiusda bu daşınma təşkil olunmalıdır".

Biləcəridə

Ekspert əlavə edib ki, digər önəmli məsələ bütün böyük şəhərlərdə logistik mərkəzlər yaradılması və bu, şəhərin bir nöqtəsində deyil, müxtəlif nöqtələrində fəaliyyət göstərməsidir: "Burada icazə verilən yük həcmi olur. Bizdə 8 tona qədər icazə verilirsə. bütün tikinti materialları şəhərin qərb hissəsində yığılır. Fikrimcə, bu məsələ həm şimal, həm şərq, həm də mərkəzi hissəsəsində - Dərnəgül, Əhmədli, Keşlə və Bakı yük stansiyasında təşkil oluna bilər.

Biləcəridə

Ərzaq da daxil olmaqla, bütün yüklərin bərabər məsafədə daşınması üçün imkanlar yaradar və şəhər yollarına birbaşa müsbət təsir edər. Hazırda şəhərin bir tərəfindən digər tərəfinə bütün şəhəri keçməklə daşınma icra olunur. Bir də var ki, şəhərin müxtəlif nöqtələrində bu imkanlar yaradırlər və hansı istiqamətə daşınacaqsa ona nəzərən marşrut seçilir. Şəhərin daxilində zatən bizdə dəmir yolu da var, yəni dəmir yolu ilə yüklər gətirilir və qısa məsafəyə avtomobil yolu ilə bunun daşınması təmin olunur".

Orxan Hüseyn

Son xəbərlər