Biləcəridə bu küçəyə 15 ildir asfalt çəkilmir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunda yerləşən Biləcəri qəsəbəsindəki küçələrdən birinə 15 ildir asfalt çəkilmir. Bunun nəticəsində Yəhya Hüseynov küçəsindəki bu ərazi acınacaqlı vəziyyətə düşüb.
BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətə əsasən, əksər yerlərə asfalt çəkilsə də, bu küçə hər dəfə yaddan çıxır.
Məhz bu səbəbdən küçədəki asfalt örtüyü çöküb, piyadaların hərəkəti isə mümkünsüz olub.
Yağışlı havada isə küçədə gölməçələr yaranır ki, bu da əlavə çətinlik yaradır.
Şikayətçi olan sakinlər bu yoldan istifadə edərkən Biləcəri Dəmiryol Stansiyasına da getməkdə çətinlik yaşadıqlarını bildiriblər.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...