"Bild": Çin Almaniyaya 149 milyard avro təzminat ödəməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Pandemiya dövründə ABŞ, İngiltərə və Fransadan sonra daha bir ölkə COVID-19 virusunun yayılmasına görə Çini ittiham edib.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış "Bild" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, Pekin rəhbərliyi Almaniya iqtisadiyyatına vurduğu zərərlərə görə bu ölkəyə 149 milyard avro ödəməlidir.
"Bild" qəzeti pandemiya səbəbindən Almaniyaya dəyən zərərin fakturasını da hazırlayıb. Siyahıda turizm gəlirləri üçün 27 milyard avro, film sənayesi üçün 7.2 milyard avro, "Lufthansa"nın ləğv edilən uçuşlarına görə hər saatı üçün bir milyon Avro, kiçik müəssisələr üçün 50 milyard avro zərər göstərilib.
Alman nəşri pandemiyadan sonra qlobal iqtisadi tənəzzülün Almaniya iqtisadiyyatına 4.2 faiz zərbə vuracağını və bunun adambaşına 784 avroya başa gələcəyini təxmin edib.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...