Bibiheybət qəbirstanlığının divarı niyə uçdu? – RƏSMİ AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti bu gün Bibiheybət istiqamətində baş verən yol çökməsilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 17 oktyabr 2018-ci il tarixində səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib.
Sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir. Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.
Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib.
Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib.
Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.
Eyni zamanda bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşlar qoparaq asfalt üzərinə tökülüb. Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil.
BAKU.WSOxşar xəbərlər
Nazirlik: Badamdarda sürüşmənin baş verdiyi ərazi sürüşməyə meyilli sahə olub
Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda sürüşmənin baş verdiyi ərazi sürüşməyə meyilli sahə olub.Trend-in məlumatına görə, bunu Ekologiya və Təb...