Bəzi yerlərdə yağış yağıb, külək arabir güclənib - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb, külək arabir güclənib - FAKTİKİ HAVA
Sosial 7

Oktyabrın 11-i saat 17:00-a olan məlumata əsasən Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 23 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər