Bəzi UNEC tələbələri niyə diplom ala bilmirlər?
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisad Universitetinin Dərbənd filialının 2023-2024 tədris ili üzrə məzunları diplomlarını ala bilmirlər.
BAKU.WS Baku TV-yə istinadən məlumat verir ki, onlar universitetə dəfələrlə müraciət etsələr də, nəticə olmadığını deyirlər.
"Diplom vermədiklərinə görə il yarımdır ki, işsiz qalmışam. Diplomdan heç bir xəbər yoxdur. Təhsil Nazirliyinə müraciət etmişik. Bizə deyirlər ki, siz Dövlət İmtahan Mərkəzi yox, orada keçirilən müsabiqə vasitəsilə qəbul olunmusunuz", - şikayətçi Elnur Babayev deyib.
Məsələ ilə bağlı ali təhsil ocağından bildirilib ki, Dərbənd filialının məzunlarına diplomların təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.
Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...