Bəzi ərazilərə yağış yağıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda martın 23-ü günün birinci yarısında bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub, 24-ü gecə və səhər isə əsasən yağmursuz keçib.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Balakəndə 5, Xaltanda 4, Sədərəkdə 3, Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Qrız, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac, Qaxda (Sarıbaş) 1 mm-dək olub.
Bakıda və Abşeron yarımadası, Şəki, Balakən, Şəmkir, Daşkəsən, Göygöldə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 21, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...