Bəzi cərrahi əməliyyatların qiyməti arta bilər AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü il üçün Xidmətlər Zərfinə limitli qaydada qaraciyər, böyrək, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının əlavə edilməsi təklif olunub.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
"Habelə ürək-damar cərrahiyyəsi, oftalmoloji, travmatoloji və bəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması da təklif olunub.
Bununla yanaşı, Xidmətlər Zərfində bəzi tibbi xidmətlərin tarifinin artırılması da təkliflər siyahısında yer alır", - deyə qeyd edilib.
Oxşar xəbərlər
Azərbaycanda ilk! - Agentliyin dəstəyilə bu rayon xəstəxanasında ürək-damar cərrahiyyəsi mümkün olacaq - FOTO
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiol...