Bəzi çaylarda sululuq artıb
28
apr
2025
10:12
Avtomat hidroloji stansiyaların saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
BAKU.WS xəbər verir ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 25 sm, Qusarçay-Kuzunda 19 sm, Qarasuçay-Zərdabda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 2 sm artım qeydə alınıb.
Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 158 m3/san olmaqla normanın 89%-ni təşkil edir.
Oxşar xəbərlər
Əmircan sakinlərini narahat edən PROBLEM: Qurumlar niyə biganə yanaşır?
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yaşayan sakinlər illərdir həllini tapmayan problemlərlə üz-üzə qaldıqlarını bildirirlər. Onların s...