Bəzi çaylarda sululuq artıb
Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Avtomat hidroloji stansiyaların aprelin 23-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlü və Tərtərçay-Kəlbəcərdə 13 sm, Tərtərçay-Vəngdə 5 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.
Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində səviyyə 19 sm artıb, su sərfi 670 m3/san olmaqla normanın 94%-ni təşkil edir.
Oxşar xəbərlər
Kənd sakinləri: "Yolumuzu pis günə qoydular, əllərindən boğaza yığılmışıq"
Oğuz rayonunun Calud kəndinin sakinləri uzun illərdir yol problemi ilə üz-üzə qalıblar. 2300-dən çox sakinin yaşadığı kənddə bu ilin yay aylarında 4 kilometrlik...