Beynəlxalq olimpiadanın qalibi çıxılmaz vəziyyətdə

Beynəlxalq olimpiadanın qalibi çıxılmaz vəziyyətdə
Video
Sosial 502

Ucar rayonunun Bərgüşad kənd 1 nömrəli tam orta məktəbinin 6-cı sinif şagirdi Minayə Hacılının nailiyyətləri saymaqla bitmir.

O, Bakıda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında öz kateqoriyası üzrə birinci yeri tutaraq final mərhələsində iştirak etmək üçün Tailanda dəvət alıb.

Lakin bu mühüm yarışda iştirak etmək üçün 11 yaşlı məktəbliyə maddi dəstək lazımdır.

"Minayənin ən böyük arzusu həmin olimpiadada Azərbaycanı layiqincə təmsil etməkdir. Bunun üçün bizə təxminən 2 min dollar vəsait tələb olunur. Ancaq buna maddi imkanımız çatmır. Hazırda həm özüm, həm də həyat yoldaşım işsizik" ,- deyə məktəblinin atası Azad Hacıyev bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib. Bildirilib ki,...

17 Sosial 10:25 18 avqust 2026

Son xəbərlər