Beyin törəmələri əməliyyatlarının icbari sığorta zərfinə əlavə edilməsi üçün təklif verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Beyin törəmələri əməliyyatlarının icbari sığorta üzrə Xidmətlər Zərfinə əlavə edilməsi üçün təklif vermişik.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, neyrocərrah Fərid Qaralov deyib.
O bildirib ki, onkoloji xəstəliklər dövlət tərəfindən xüsusi nəzarətdə saxlanılır, belə xəstələrə xüsusi qayğı var:
“Ancaq təəssüf ki onkoloji xəstəliklərin hamısının əməliyyatı icbari sığorta çərçivəsində qarşılanmır. Amma müəyyən törəmələr var ki, onların əməliyyatlarının pulu ödənir. Bəzi törəmələrin müəyyən hissələrinin əməliyyatının xərci də çəkilir. Amma bu son deyil, Xidmətlər Zərfinə əlavələrlə bağlı təklif vermişik. Yəqin ki təsdiqini tapsa, yaxın vaxtlarda çox geniş şəkildə tətbiq olunacaq və əlçatan olacaq”.
Oxşar xəbərlər
Avto-icbari sığorta üzrə mühüm yenilik: Zərərçəkənə ödənişi öz sığortaçısı ödəyəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı...