"Bəyaz Palace"ın sahibi də 4 min manat cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhər ərazisində yerləşən "Bəyaz Palace" şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az"portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.
Oxşar xəbərlər
COVID-19 pasportu olmayan qonaqlar toydan kənarlaşdırıldı - FOTO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən üç şadlıq sarayında təşkil olunan toy məclisində karantin re...