Bərdədə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Məlumat verildiyi kimi, avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.
Oxşar xəbərlər
Bərdədə subasma nəticəsində ilkin dəymiş ziyan məlum olub - Kənd sakinləri danışdı - REPORTAJ
Ötən gün Yuxarı-Qarabağ kanalının Bərdə rayonunun ərazisindən keçən hissəsində dağılan torpaq bənd artıq bərpa edilib. BAKU.WS trend-ə istinadən xəbər verir ki,...