Bərbərxana və gözəllik salonları ilə bağlı YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri ilə onlayn görüş keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Görüşdə bərbərxana və gözəllik salonları üçün onlayn növbə sisteminin yaradılmasına, bu sistemin tətbiqi imkanlarına dair müzakirələr aparılıb.
Həmçinin, onlayn görüş çərçivəsində KOBİA-nın nümayəndələri xidmət sektorunda, o cümlədən bərbərxana və gözəllik salonlarında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə riayət edilməsinin, işçilər və müştərilər üçün lazımi şərait yaradılmasının və qoruyucu vasitələrdən (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) istifadənin vacibliyini diqqətə çatdırıb, xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər.
Oxşar xəbərlər
Çimərlik və su istirahət mərkəzlərinin işləmə qaydası açıqlandı - RƏSMİ
Çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib. BAKU.WS xəbər verir ki, met...