Benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir?
Son günlər sosial şəbəkədə sürücülər məntəqələrdə yanacağın aşağı təzyiqlə vurulmasını tələb etdiklərini bildiriblər.
Bəs yanacaq sürətlə vurulanda həqiqətənmi çən köpüklə dolur?
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, avtomobillərin yanacaq sistemləri üzrə mütəxəssis Pərviz İsmayılov bildirib ki, görüntülər yanacaqdoldurma avadanlığının reklamı ilə bağlı çəkilib.
Yəni "yanacaq yüksək təzyiqlə vurularsa, çənə daha az yanacaq dolar" yanaşması reallığı əks etdirmir.
İddialardan biri də yanacağın doldurulma sürətinin çəndəki çöküntüləri qaldırması ilə bağlıdır.
Bildirilib ki, bu həm də avtomobilin yanacaq sisteminə ciddi ziyan vurur.
Pərviz İsmayılovun sözlərinə görə, yanacağın doldurulma sürəti əksər avtomobillərdə çəndəki çöküntüləri qaldıracaq səviyyədə olmur. Buna səbəb isə avtomobilin yanacaq sisteminin quruluşudur.
Mütəxəssis onu da əlavə edib ki, yanacaqların təmizliyi "YDM"lərin qurğularındakı süzgəclərin vaxtında dəyişdirilməsindən asılıdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Hər gün pivə içmək bəzi insanların düşündüyü kimi zərərsiz vərdiş olmaya bilər. BAKU.WS-in məlumatına görə, narkoloq və psixiatr Anton Rudkovski bildirib ki, g...