Belə olan halda qatarlar azyaşlılar üçün ödənişsizdir

Belə olan halda qatarlar azyaşlılar üçün ödənişsizdir
Sosial 104

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti azyaşlıların sərnişin qatarlarında (hansı yaş aralığında ödənişli və ödənişsiz) daşınması ilə bağlı açıqlama yayıb. 

BAKU.WS sözügedən məlumatı təqdim edir:

Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sərnişindaşıma qaydalarına əsasən şəhərətrafı qatarlarda 7 yaşadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz daşınır. 7 yaşdan böyük uşaqlar üçün gediş haqqı ödənilməlidir.

Rayonlararası (şəhərlərarası) sərnişin qatarlarında isə 10 yaşadək uşaqların yetkinlik yaşına çatmış sərnişinin müşayiəti olmadan daşınmasına yol verilmir və tarifdən asılı olmayaraq gediş sənədi alınır. 

Yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə ayrıca yer tutmadan gediş sənədi rəsmiləşdirilməklə 5 yaşadək bir uşaq ödənişsiz səfər edə bilər. Yaşı 1 ayadək olan uşaqların sənədi doğum haqqında şəhadətnamə və ya tibbi arayışla rəsmiləşdirilir.

Yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə gedən 5 yaşadək bir uşaqdan başqa digər hər bir uşağa uşaq tarifi ilə ödəməklə bilet alınır. 5 yaşdan 10 yaşadək uşaqlara bilet alışı uşaq tarifi ilə həyata keçirilir, 10 yaşdan böyük uşaqlar üçün isə tam tariflə bilet alınır.

Qeyd edək ki, uşaqların qatara miniyi gediş sənədi əsasında rəsmiləşdirilir və onların yaş həddi qatarın yola düşmə tarixi ilə müəyyən edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər