BƏƏ-dən Azərbaycana uçuşlar bərpa olunur

BƏƏ-dən Azərbaycana uçuşlar bərpa olunur
Sosial 89

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" büdcə aviaşirkəti Azərbaycana uçuşları bərpa edəcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Uçuşlar iyulun 15-dən etibarən həftədə iki dəfə (cümə axşamı və bazar günləri) olacaq.

Əbu-Dabidən uçuş 11:50-də baş tutacaq, Bakıya təyyarə 14:55-də çatacaq. Bakıdan 16:15-də çıxan təyyarə isə Əbu-Dabidə 19:15-də eniş edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər