BDYPİ sürücülərə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək qəza riskini ciddi şəkildə artırır.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftə sonu səyahətə çıxan sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır:
"Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur. Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə çıxmağı planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır"
Oxşar xəbərlər
FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-...