BBC-nin müxbiri Gəncə şəhərində - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
BBC-nin müxbiri erməni işğalçıları tərəfindən Gəncədə dağıdılan binanın ərazisində olub.
O bildirib ki, burada yalın əllə, itlərlə və ağır texnikalarla axtarış davam edir:
“Siz dağıntıların genişliyini öz gözlərinizlə görə bilərsiniz. Çox geniş ərazidir. Aydındır ki, buradakı binalar yaşayış binalarıdır. Hücum yerli vaxtla gecə saat 2-də baş verib, bu zaman insanlar öz yataqlarında yatırdılar.
Dağıntıların arasında yorğanlar və döşəklər görə bilərik. Yerli mütəxəssislər bildiriblər ki, onların istifadə etdikləri silahlar uzaqmənzilli raketdir. Onun fikirlərinə görə, raket Qarabağdan yox, Ermənistan ərazisindən atılıb. Hələlik isə bu fikir təsdiqlənməyib.
Bu, açıq-aşkar çox genişmiqyaslı bir hücumdur. Həmin hücum hərbi məntəqələrə edilməyib. Cəbhənin digər tərəfindən isə digər iddialar gəlir. Rusiyanın vasitəçilik etdiyi atəşkəs olmalı idi, lakin burada atəşkəs yox, müharibə mənzərəsi görünür”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...