Bazar gününün hava proqnozu

Bazar gününün hava proqnozu
Sosial 3

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 5-6-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Güclü külək olacaq - XƏBƏRDARLIQ

Güclü külək olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU....

2102 Sosial 13:56 28 aprel 2021

Son xəbərlər