Bazar günü hava necə olacaq? - HAVA PROQNOZU

Sabah, noyabrın 13-də hava şəraiti Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-15° isti olacaq.
Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütununda 764 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.
Oxşar xəbərlər
İstirahət və bayram günlərinin hava proqnozu
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...
