Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?
Sosial 1171

Noyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb  küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4°, gündüz  6-9° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək, 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85%, gündüz 60-70%  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Aysel.Ş

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabah, noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli H...

10 Şou-biznes 12:30 25 noyabr 2016

Son xəbərlər