Bayramda metrodan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Məlumata görə, zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə "28 May-Əhmədli" və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, "Həzi Aslanov-Əhmədli" sahəsində 7 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. "Cəfər Cabbarlı-Xətai" sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq.
"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək.
Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq, növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq.
Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...