Bayram günlərində rayonlara əlavə avtobuslar buraxılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bununla əlaqədar nazirliyin strukturuna daxil olan qurumlara və tabeliyindəki qurumlara tapşırıqlar verilib.
Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması təmin ediləcək, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbirlər görüləcək.
Bayram günlərində məsul növbətçilər təyin edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Regionlara gedəcək sərnişinlərin sayının çox olması nəzərə alınaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksində ehtiyat avtobuslar reyslərə cəlb ediləcək.
Oxşar xəbərlər
Nazirliyin qurumlarına hava şəraiti ilə bağlı göstəriş verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq fevralı...