Bayram ərəfəsində çərəzlər BAHALAŞIB - QİYMƏTLƏR
Novruz bayramı ərəfəsində çərəzlərin qiymətində dəyişiklik hiss olunmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, ötən illə müqayisədə çərəzlərin qiymətində bahalaşma müşahidə olunur.
Bazarlarda növü və çeşidinə görə çərəzlərin qiyməti dəyişir. Ən çox qiyməti bahalaşan məhz ləpələrdir. Yerli istehsal olan qoz ləpəsinin qiyməti 17-22 manat arasında dəyişir. Fındıq ləpəsi isə 17-24 manata satılır. Kişmişlərin isə qiyməti 7-14 manat arasında dəyişir. Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.
Digər çərəzlərin qiymətini təqdim edirik:
Qoz - 6-14 AZN
Fındıq - 8-10 AZN
Şabalıd - 8 AZN
Badam qabıqlı - 4.30
İydə - 7 AZN
İnnab - 8 AZN
Oxşar xəbərlər
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
Üç həftə sonra növbəti tədris ili başlayacaq. Bu isə özlüyündə ilk olaraq məktəbli forması və məktəb ləvazimatlarının qiymətlərini gündəmə gətirir. Hazırda ölkə...