Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb? - AÇIQLAMA
Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 188 ailə (676 nəfər) köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:
"İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür".
Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.
Oxşar xəbərlər
Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR
Sumqayıt bulvarında fontanların və işıqlandırma sisteminin cari təmiri və bərpası işlərinin həyata keçirilməsi nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, təmi...