Basqalda iki il öncə yenilənən asfalt yolda çatlar əmələ gəlib - VİDEO

Basqalda iki il öncə yenilənən asfalt yolda çatlar əmələ gəlib - VİDEO
Video
Sosial 30

İsmayıllı rayonu ərazisində yerləşən Basqal qəsəbəsində iki il bundan öncə yenilənən asfalt yolda çatlar əmələ gəlib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sözügedən avtomobil yolunda irili-xırdalı çatlar əmələ gəlib. Bu da nəqliyyat vasitələrinin hərəkətinə qismən problem yaradır və çatlar dərinləşməkdə davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yol 2021-ci ildə yenidən qurulub:

“Layihənin uzunluğu 25 kilometrdir. Yol üzərində cəmi bir-neçə nöqtədə sürüşmə əraziləri mövcuddur. Həmin ərazilər agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır, qabaqlayıcı tədbirlər görülür. Gediş-gəlişdə hər-hansı bir problem yaşanmır. Hava şəraitinə görə yaxın müddət ərzində həmin nöqtələrdə təmir işləri aparılacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər