Baş Nazirdən şübhəli kreditlərlə bağlı SƏRƏNCAM
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir.
Eyni zamanda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Oxşar xəbərlər
Mərkəzi Bank: "Fərman manatla götürülən kreditlərə də aiddir"
"Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanın ikinci hissəsi bütöv...