Baş infeksionist: "Delta ştammı yoluxma sayını sürətlə artırır"
Yeniliklərdən dərhal xəbərdar olun
“İnsanlar koronavirusla bağlı arxayınlaşmamalıdır, pandemiya bitməyib, eyni zamanda daha yoluxdurucu olan Delta ştammı yayılıb”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, bu ştammın bir xüsusiyyəti də odur ki, yoluxma sayını sürətlə artırır:
“Gündəlik yoluxma sayına baxanda da bunu görürdük. Britaniya ştammında belə yoluxma bu qədər sürətlə artmırdı.
Gürcüstanda əhali sayı bizdən üç dəfə az olsa da, gündəlik 5000-dən çox yoluxma var. Ona görə maska, məsafə saxlanılması, gigiyenaya əməl edilməsinə diqqət edilməlidir.
Ölkənin gün ərzində 100 min doza vaksin vurmaq imkanı var, dövlət bizə belə imkan yaradıb. Pis ssenari ilə üzləşməmək, qapanmalara getməmək üçün əhali olaraq töhfəmizi verməli, yəni vaksinasiya olunmalıyıq”.
Oxşar xəbərlər
TƏBİB rəsmisindən “Delta” variantı ilə bağlı açıqlama
Son vaxtlar bütün dünyada koronavirusun Hindistan, yaxud “Delta” variantı sürətlə yayılmağa davam edir. Bu da dünyada ciddi narahatlıq doğurur. Azərbaycanda epi...