“Bank of Baku” Ətraf Mühitin Qorunması Nominasiyası üzrə mükafata layiq görülüb

“Bank of Baku” Ətraf Mühitin Qorunması Nominasiyası üzrə mükafata layiq görülüb
Sosial 1296

 

Bank of Baku Amerika Ticarət Palatası tərəfindən təşkil olunan AmCham CSR Excellence Award 2015 müsabiqəsində Ətraf Mühitin qorunması nominasiyası üzrə mükafata layiq görülüb.

Müsabiqə 2014-2015-ci illər ərzində fəaliyyətində korporativ sosial məsuliyyət layihələrinə yer verən şirkətlər arasında aparılmışdır. Ümumilikdə, müxtəlif istiqamətdə fəaliyyət göstərən onlarla şirkət icra etdikləri layihələrlə müsabiqədə iştirak üçün öz namizədliklərini irəli sürüblər.

Qaliblərin seçimi müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən aşağıda qeyd olunan nominasiyalar üzrə aparılıb: 1) Ətraf mühitin mühafizəsi; 2) Təhsil; 3) "Korporativ filantropiya”, "Mədəniyyət”, "Dayanıqlılıq”, "Könüllü fəaliyyəti”, "İqtisadi dəstək” və "Bölgələrin inkişafı”. 

Fəaliyyətində Korporativ Sosial Məsuliyyət layihələrinin icrasına xüsusi önəm verən Bank of Baku ətraf mühitin mühafizəsi nominasiyası üzrə namizədliyini irəli sürmüş və bu istiqamətdə "Təbiətin bizə ehtiyacı var!” şüarı altında keçirdiyi geniş miqyaslı yaşıllaşdırma aksiyasına görə mükafatla təltif olunub. Bank of Baku, "ağac əkək, təbiətə sahib çıxaq” mesajı ilə həyata keçirildiyi yaşıllaşdırma aksiyası çərçivəsində Binəqədi rayonunda yüzdən çox ağac əkmiş, ətraf mühitinin qorunmasına bilavasitə öz töhvəsini verib.  

Bank of Baku-nun icra etdiyi bu və digər Korporativ Sosial Məsuliyyət layihələri haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Dövlət qulluğuna işə düzəlmək istəyənlərin nəzərinə!

Dövlət qulluğuna işə düzəlmək istəyənlərin nəzərinə!

Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul davam edir. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS...

1878 İqtisadiyyat 15:07 29 oktyabr 2015

Son xəbərlər