Balaxanıdan sonra Bibiheybət də trend oldu - FOTO

Balaxanıdan sonra Səbail rayonunun inzibati ərazisində olan Bibiheybət qəsəbəsində də abadlıq işləri görülür.
BAKU.WS xəbər verir ki, “unikal.org”un əməkdaşı abadlıq işlərini yaxından izləmək üçün sözügedən qəsəbəyə yollanıb.
Qədim tarixi olan Bibiheybətdə görülən yenidənqurma işləri maraqla qarşılanıb və vizual görünüşündə edilmiş dəyişikliklər sözün əsl mənasında göz oxşayır.
Tarixi qəsəbəyə rəng qatmaq üçün qapı pəncərələr al-əlvan rənglərə boyanır, dalanlara qəmbər daşlar döşənir, tarixi əsrlik yaşı olan binaların fasadları yenilənir.
Küçə uzunu binaların divarlarına fərqli freska və qrafiti nümunələri çəkilib. Xüsusi arxitektur görünüş qazanmış dalanlar rəngarəng dibçək gülləri ilə bəzədilib.
Qalereya
Oxşar xəbərlər
Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına...